Pensiyalar haqda yeni açıqlama: Yanvarın 1-dən 15 faiz artım + Video

26-12-2019, 09:08           
Pensiyalar haqda yeni açıqlama: Yanvarın 1-dən 15 faiz artım + Video
Pensiyalar 14-15 faiz civarında artırılacaq. Bununla da minimum pensiya məbləği 230 manattəşkil edəcək. Yanvarın 1-dən etibarən pensiyaçıların 93 faizi bu artımdan yararlana biləcəklər.

Yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz artırılacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

Şöbə müdiri qeyd edib ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru