Xatirə İslam icra başçısına çağırış etdi: “Evimizə gedə bilmirik”

13-01-2020, 00:00           
Xatirə İslam icra başçısına çağırış etdi: “Evimizə gedə bilmirik”
Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik”...

Bu sözləri müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yararsız hala düşən yollar haqqında çəkdiyi videoda deyib. İfaçı üzünü adıçəkilən rayonun İcra Hakimiyyətinə tutaraq əlavə edib: “Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür”.

Videonun sonunda evinə getməyə çalışan sənətçinin başqa maşına dəydiyi və əzdiyi də aydın görünür.(axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru