"ABŞ-ın iştirakı olmadan müharibə aparmağın vaxtıdır" - Britaniyanın müdafiə naziri

13-01-2020, 03:48           
"ABŞ-ın iştirakı olmadan müharibə aparmağın vaxtıdır" - Britaniyanın müdafiə naziri
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles «The Sunday Times» nəşrinə verdiyi müsahibədə etiraf edib ki, İngiltərənin silahlı qüvvələri «Amerika kəşfiyyatından və hava dəstəyindən çox asılıdır».

Onun fikrincə, Britaniya hərbi sahədə ABŞ-dan daha çox müstəqil olmalıdır. Nədən ki, «amerikalılar dünyada liderlik mövqeyini itirə bilərlər».

«Mən,narahatam ki, Amerika Birləşmiş Ştatları (ABŞ) dünyada liderlik mövqeyindən əl çəkə bilər. Bu, həm dünya üçün, həm də bizim üçün pis olar. Biz, pis tərəfini gözləyirik və yaxşıya ümid edirik» - Uolles bildirib.

O, izah edib ki, ABŞ son ildə ordusunu Suriyadan çıxardıb, prezident Donald Tramp isə həm də NATO-dan Yaxın Şərqdəki situasiyada fəal iştirak etməyi istəyib. Belə hərəkətlərin nəticəsində, Uollesin fikrincə, London özünün müdafiə strategiyasına yenidən baxmalı və ABŞ-sız müharibələr aparmağa hazırlaşmalıdır.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru