Cərimə xofu sığorta şirkətlərinin gəlirini artırıb

8-02-2020, 10:38           
Cərimə xofu sığorta şirkətlərinin gəlirini artırıb
2019-cu ilin sonunda mənzilinin sığortası olmayanların cərimə ediləcəyi barədə xəbərdarlıq daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta haqlarının artmasına səbəb olub.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətləri 2019-cu ildə daşınmaz əmlakın icbari sığortası üzrə 43 milyon 426 min manat sığorta haqları toplayıblar və bu, 2018-ci illə müqayisədə 13 milyon 61 min manat çoxdur. Sığorta şirkətləri 2018-ci ildə daşınmaz əmlakın icbari sığortası üzrə 30 milyon 364 min manat sığorta haqları yığmışdılar. Artımda cərimə xofu də rol oynayıb.

©Marja

2019-cu ilin Noyabr ayından etibarən ölkədə daşınmaz əmlakın icbari sığortasını əldə etməyənlərin cərimələnəcəyi gündəmə gətirilmiş, bu barədə binaların girişlərinə xəbərdarlıqlar vurulmuş, evlərə bildirişlər paylanmışdı. Bu xəbərdarlıqdan narahat olan əmlak sahibləri evlərini sığorta etdirməyə başlamışdılar. 2020-ci ilin Yanvar ayında daha çox vətəndaş daşınmaz əmlakın icbari sığortasını alıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişləri aşağıdır. 2018-ci ildə 4 milyon 25 min manat təşkil etmiş sığorta ödənişləri 2019-cu ildə 5 milyon 415 min manata yüksəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.