“Artım yalnız əmək pensiyalarını əhatə edir” – EKSPERT

9-02-2020, 00:12           
“Artım yalnız əmək pensiyalarını əhatə edir” – EKSPERT
Bir çox hallarda vətəndaşlarımız muavinat ilə pensiyanı qarışıq salır.

Cebhe.info-nun xəbərinə görə, bu barədə iqtisadçı Rəşad Həsənov bildirib:

“Fevralın 6-da təsdiqlənən Sərəncam əsasında aparılan indeksləşdirmə yalnız əmək pensiyası alan şəxslərə aid edilir. Məsələn, Azərbaycanın sosial müdafiə mexanimzində əlilliyə görə həm pensiyanın təyin edilməsi, həm də müavinat hüququ vardır. Əlilliyə görə pensiya alan şəxslərin pensiyasının sığorta hissəsi qanunvericiliyə uyğun olaraq hər il ən az bir dəfə orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirildiyi halda, müavinatlar üçün ayrıca sərəncamların təsdiq edilməsinə ehtiyac vardır. Lakin müavinatların artırılması ilə əlaqəli hökumətin hər hansı illik öhdəliyi yoxdur. Başqa sözlə artırılması qərarı qəbul edilə bilər, yaxud qəbul edilməyə bilər”.

Rəşad Həsənov ehtiyac meyarının (2020-ci ildə 160 manat) ölkə üzrə müavinatların minimum səviyyəsi kimi tətbiq edilməsini təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru