İcra hakimiyyətinin seçdirmək istədiyi şəxsin namizədliyinin ləğvi tələb olundu
9-02-2020, 00:00
66 saylı Biləsuvar Seçki Dairəsindən deputatlığa namizəd olan jurnalist Heydər Çobanzadə icra hakimiyyətinin seçkiyə müdaxilə etməsi ilə bağlı məlumat yayıb.
Heydər Çobanzadə
AzToday.az xəbər verir ki, namizəd bununla bağlı MSK-ya şikayət etdiyini bildirib:
“Biz sükut edirik amma, Biləsuvar İcra Hakimiyyətinin işçiləri sükut etmir. Seçicilərlə görüşə maneə olmaq bitdi. İndi də müşahidəçilərə məntəqəyə getməmək üçün zəng olunur. Bu hərəkətlərə cavab olaraq Biləsuvar icra hakimiyyətinin şeçkiyə müdaxiləsi, 66 saylı DSK-dan seçdirmək istədiyi namizədin xeyrinə qanunsuzluqlar və namizədliyin ləğvi haqda MSK-ya müraciət etdim. Çox çalışdım ki, bunu etməyim. Amma icra strukturları bizə başqa yol buraxmadılar. Şəxsən mənə təzyiq etsələr və ya nə isə desələr bunu susqunluqla qarşılamaq olur. Amma seçiciyə təzyiq olanda buna sakit qalmaq çətindir”.