“Hər kəsə 250 manat neft pulu verilsin!” – QUBAD İBADOĞLU

27-04-2020, 10:53           
“Hər kəsə 250 manat neft pulu verilsin!” – QUBAD İBADOĞLU
“Dostlar, “Hər kəsə 250 manat neft pulu verilsin!” kampaniyasına start verildi, zəhmət olmazsa, bu linkin http://chng.it/jhZSZ7tGc2 və ya şəklin və yaxud fotonun altındakı mətnin üzərinə tıklamaqla, sizin üçün açılmış yeni səhifədə ad və soyadını qeyd edib, bu petisyanı vaxt itirmədən imzalayın. Eyni zamanda xahiş edirəm ki, petisiyanın linkini başqalarının da imzalaması üçün üzv olduğunuz bütün qruplarda və sosial şəbəkələrdə paylaşın. Xahişimə diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirəm, dəstək olun ki, istəkləri birlikdə gerçəkləşdirək və layiq olduğunuz yardımınızı əldə edək”. Hurriyyet.org xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu hər bir vətəndaşa 250 manat neft pulu verilməsi tələbi petisiya başladıb.

“Fikirləşməyin ki, bizdə alınan deyil, bizi eşidən olmayacaq”

Q. İbadoğlu mətbuat nümayəndələrindən, ictimai rəy liderlərindən xahiş edir ki, informasiya dəstəyini əsirgəməsinlər: “Xahiş edirəm ki, ümidsiz olmayın, fikirləşməyin ki, bizdə alınan deyil, bizi eşidən olmayacaq, bizdən heç nə olan deyil, səy göstərək, minlərlə imzamızla təsir edək, nəticə olacaq. Necə ki, sizlərlə birlikdə “məktəbə virusu buraxmayaq”, “metronu dayandıraq”, “işsizlik üçün müraciət edək”, “VÖEN-i bağlayaq” kampaniyalarından nəticələr var, burdan da olacaq. Damla-damla göl olur”.

Şamo EMİN, Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru