15 yaşı tamam olan yeniyetmələrə birdəfəlik yardım verilir? – NAZİRLİKDƏN AÇIQLAMA

27-04-2020, 19:13           
15 yaşı tamam olan yeniyetmələrə birdəfəlik yardım verilir? –
Ölkədə karantin tədbirləri ilə əlaqədar işsiz statusu olan vətəndaşlara 190 manat birdəfəlik ödəmənin verilməsi bir çox suallar yaratdı. O cümlədən də hansı yaşda vətəndaşın birdəfəlik ödəmə almaq hüququnun olması da sual doğurur. Bu barədə televiziyada, mətbuatda məlumatlar verilsə də, 15 yaşdan yuxarı müraciət edən vətəndaşların birdəfəlik ödəmə ala bilməməsi ilə bağlı şikayətlər gəlməkdədir. Bir neçə valideyn var ki, övladının 16 yaşı olmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən imtina cavabı gəldiyini, bu yardımı ala bilmədiklərini bildirirlər.

“Yaş səbəb deyil, orada səbəb başqadır”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Hurriyyet.org-a bildirdi ki, 16 yaşlı vətəndaş işləmirsə, qazancı yoxdursa, işsiz statusu almaq üçün müraciət edə bilər: “Çünki qanunvercilikdə 15 yaşdan yuxarı şəxs əmək qabiliyyətli şəxs hesab edilir. Amma 16 yaşlı uşağa da haqlı olaraq imtina verilə bilər. Səbəblərinə baxmaq lazımdır, yaş səbəb deyil, orada səbəb başqadır, ya əmlakı, əmək müqaviləsi, ya vöeni var, yaxud tələbədir”.

Şamo EMİN, Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru