“Güzəşt olmasa, bu sahədə çətinliklər olacaq” – Deputat

28-04-2020, 00:00           
“Güzəşt olmasa, bu sahədə çətinliklər olacaq” – Deputat
“Alıcılıq qabiliyyətinin aşağı düşməsi, satış sektorunda durğunluq yaranması tikinti materialları, metallurgiya sənayesi, tikinti şirkətləri üçün böyük problemdir. Əgər bu gün tikinti sektorunun yanında olmasaq, 3 ya da 4 aydan sonra tikinti sektorunda krizis yarana bilər”.

Bunu Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən komitə üzvü Məşhur Məmmədov deyib.

Deputat müəyyən güzəştlərin vacibliyini də qeyd edib:

“Bunların hər biri sadələşdirilmiş vergi verir. Verginin də miqdarı həddindən çox böyükdür. Bu gün tikintinin dayandırılmaması üçün onlar investisiya yatırmalıdırlar. Əgər vergidən onlara müəyyən güzəştlər olmasa, bu sahədə çətinliklər olacaq”. \\Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru