Azərbaycandan tibbi maskalarla bağlı qadağa daha 2 ay uzadıldı

28-04-2020, 00:03           
Azərbaycandan tibbi maskalarla bağlı qadağa daha 2 ay uzadıldı
Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.

Teref.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bu müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru