Bakıda ağacların dibləri betonlandı – Rəsmi MÜNASİBƏT / FOTOLAR

29-04-2020, 12:16           
Bakıda ağacların dibləri betonlandı – Rəsmi MÜNASİBƏT / FOTOLAR
Bakıda ağacların diblərinə beton tökən şəxslər peyda olub.

Hadisə paytaxtın Xanlar küçəsində qeydə alınıb. Adıçəkilən küçədə naməlum şəxslər bir neçə iri gövdəli ağacın diblərinə beton tökərək onları məhv etməyə çalışıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.

Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, nazirlik bu hadisədən məlumatlıdır:

“Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları hazırda sözügedən ərazidədirlər və araşdırma aparılır. Yaxın saatlarda araşdırmanın yekunu ilə bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, həmin ərazidə yaşan sakinlər bildirirlər ki, hadisəni Xanlar küçəsində yeni tikilən binada işləyən şəxslər ediblər./Trend/
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru