Koronavirus diaqnozunun ən təsirli yolu açıqlandı

3-05-2020, 13:30           
Koronavirus diaqnozunun ən təsirli yolu açıqlandı
Koronavirus diaqnozunun ən təsirli yolu açıqlanıb.

Publika.az-ın xəbərinə görə, həkim Elena Samışina "Moskva" agentliyinə açıqlamasında bildirib ki, COVID-19 infeksiyası olan xəstələri müəyyənləşdirməyin əsas yolu Kompüter tomoqrafiyası (KT) diaqnostikasıdır.

Onun sözlərinə görə, əvvəllər diaqnozun yalnız testə əsaslandığına inanılırdı, ancaq qısa müddətdə məlum oldu ki, mənfi nəticə ilə xəstələrdə viral pnevmoniyanın aşkar klinik əlamətləri ola bilər:

"Bu gün tam diaqnostik meyarın xarakterik simptomunu ortaya qoyan vasitənin KT diaqnostikası olduğuna tam əminik. Bu yolla sətəlcəmin dörd mərhələsindən birini aşkar etmək olar, ilk iki xəstənin vəziyyətində onlar evə müalicə üçün göndərilir, üçüncü və ya dördüncülər isə xəstəxanaya yerləşdirilirlər.

Koronavirus onunla bağlı bilik səviyyəsinin aşağı olması səbəbindən təhlükəlidir və həkimlər hər gün həm diaqnoz, həm də müalicə baxımından bu barədə yeni şeylər öyrənirlər".

Son məlumata görə, COVID-19-a dünya üzrə 3 milyondan çox şəxs yoluxub, 230 mindən çoxu isə ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru