"Bu gün dunya dilema qarşısında qalıb"- Qubad İbadoğlu
4-05-2020, 08:44

Bu gün dunya dilema qarşısında qalıb. İqtisadiyyatı açmalı, yoxsa pandemiyanı nəzarətdə saxlamalı?
Azərbaycanda bu gündən daha da yumşaldılan karantin rejimi ilə bu sualın cavabın verib. Bu gündən bir çox sahələrdə iqtisadi və ticari fəaliyyətləri yenidən bərpa olunur.
Verilən məlumatlara inansaq, Azərbaycanda aprelin 27-dən indiyə qədər 287 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 302 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Göründüyü kimi, karantin rejiminin yumşaldılmasının birinci mərhələsində koronavirus infeksiyasına yoluxanlarla müqayisədə sağalanlar 15 nəfər çoxdur. Dinamika müsbətdir, amma kövrəkdir. Belə ki, bu 2 göstərici arasında 5 faiz fərq vardır. Bu isə mayın 4-dən qüvvəyə minən qərarın risk dərəcəsinin yüksək olmasından xəbər verir. İnanmaq istərdim ki, bu məsuliyyəti üzərinə götürənlər maddi maraqlardan çıxış etməyiblər, xalqın sağlamlığını və təhlükəsizliyini önə çəkiblər. Çünki, iqtisadiyyat da insan üçün yaradılmış və ona da xidmət etdiyi kimi bütün qərarlar da birmənalı şəkildə insanlar üçün olmalıdır. Bütün bunların baş verməsi üçün pandemiya nəzarətə götürülməli və idarə olunan səviyyəyə çatdırılmalıdır.
Heç şübhəsiz ki, Azərbaycanda da öndə insanlar, onların sağlamlığı və təhlükəsizliyi olmalıdır. İnanmağım gəlmir, ona görə ki, korona virusa yoluxanların sağalma faizi dünya üzrə 32,3 faiz, Rusiyada 12,3 faiz, ABŞ-da 15 faiz, Gürcüstanda 37,8 faiz, Türkiyədə 50 faiz, İsraildə 51,3 faiz olduğu halda Azərbaycanda 74,5 faiz təşkil edir. Bu göstərici üzrə Azərbaycan Çin, Almaniya və Cənubi Koreyadan geridə qalır. Nə isə özümü inandırmaq istərdim ki, ən azı hakimiyyət bu məsələdə də xalqı aldatmır, düzgün məlumatlandırır. Təki elə olsun. Siz necə inanırsınızmı yeni koronavirus infeksiyasına yoluxma faktı sağalanlarla müqayisədə azalır?
Qubad İbadoğlu