Xətainin icra başçısı problemləri ötürməklə məşğuldur... - GİLEY

5-05-2020, 10:49           
Xətainin icra başçısı problemləri ötürməklə məşğuldur... - GİLEY
Xətai rayonu, Həsən Salmani küçəsi, bina 15-də yaşayan altı ailə hər gün böyük təhlükə altında yaşadıqlarını bildirir. Bununla bağlı “Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, yaşadıqları bina qəzalı vəziyyətdədir və burada yaşamaq çox risklidir:

“1912-ci ildən istismara verilən binadır. 3-cü blokun vəziyyəti gün-gündən daha da pisləşir. Bir müddət əvvəl qonşuların bir neçəsi köçürüldü. Bütün qışı binanın hissə-hissə qırılıb töküldüyünün şahidi olduq. İki il bundan qabaq 2-ci mərtəbədə yaşayan qonşunun döşəməsi qırıldı, qadın 1-ci mərtəbədə yaşayan qonşunun evinə yıxıldı. Bir ay Musa Nağıyev adına 1 saylı xəstəxanada ağır vəziyyətdə yatdı. FHN-in bir qrup əməkdaşı o zaman gəlib binanı yoxladı. Bizə dedilər ki, qaçın, canınızı qurtarın. Amma bizim də müraciət etmədiyimiz qurum qalmayıb. Hər gün risk altında olmağımıza baxmayaraq taleyimizlə maraqlanan yoxdur. Hara gediriksə də bizi Xətai rayon İcra Hakimiyyətinə yönləndirirlər. İcra da 2 ildir ki, bizim köçürülmə məsələmizi həll etmir”.

“Qafqazinfo” məsələylə bağlı Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla əlaqə saxlayıb. P.İmanov problemdən xəbərdar olduqlarını bildirib: “ Məsələ nəzarətimizdədir. İcra hakimiyyəti olaraq bununla bağlı aidiyyatı orqanlara müraciət etmişik. Onlardan cavab gözləyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru