“5 hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir”-Deputat

6-05-2020, 00:01           
“5 hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir”-Deputat
“5 hektara qədər torpağı olan kəndlilərin vəziyyəti nəzərə alınsın”.

Teref.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

O, bildirib ki, bu kəndlilərdən sosial sığorta haqqı alınmasın:

“Qanun layihəsində bu insanlar nəzərə alınsın. 5 hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir, onlar məşğul əhali siyahısından da çıxarılmalıdır. Çünki onlar bu torpaqdan hansısa gəlir götürmürlər. Onların əldə etdiyi gəlir icbari sosial sığorta ödəməyə imkan vermir. Ona görə də 5 hektara qədər torpağı olan kəndlilərlə bağlı hissə bu qanun layihəsindən çıxarılsın”.sonxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru