“Bu icra başçıları kişilik nə olduğunu bilsəydilər…” – Vahid Əziz

6-05-2020, 10:20           
“Bu icra başçıları kişilik nə olduğunu bilsəydilər…” – Vahid Əziz
“Kasıbın ərzağını yeyən adamlar görünür ailə, uşaq, nəvə qədri bilmirlər”…

“Kasıbın ərzağını yeyən adamlar görünür ailə, uşaq, nəvə qədri bilmirlər. Onlar namus, qeyrət, əxlaq, mərdlik, kişilik nə olduğunu bilsəydilər, bunu etməzdilər”

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairi belə məmurların cəzalandırılmasının vacibliyini vurğulayıb:

“Möhtərəm prezidentimiz özü də dedi ki, “biz hələ nə qədər məmuru həbs etməliyik, nə qədər ailələrin işığını söndürməliyik ki, bu adamlar özlərini yığışdıralar, vicdanları ola”. Mən başa düşə bilmirəm məmurlar bu həyatdan nə aparacaqlar. Kasıbın ərzağını yeyən adamlar görünür ailə, uşaq, nəvə qədri bilmirlər.

Onlar namusun, qeyrətin, əxlaqın, mərdliyin, kişiliyin nə olduğunu bilsəydilər, bunu etməzdilər. İnsan gözü görə-görə tamahını saxlaya bilmirsə, əlini oğurluğa uzadırsa və buna görə həbs olunursa, deməli bu ləyaqətsiz adamdır. Bu məmurlar sanki yırtıcdan əmələ gəliblər.

Prezident xalqa səslənərək dedi ki, evdə qalın, pulunuz da veriləcək. Ölkə başçısı dedi ki, ya xalqı, ya da iqtisadiyyatı qorumalıyıdıq, biz iqtisadiyatımıza ziyan vurduq, amma xalqımızı qoruduq. Ölkə başçısı hər bir vətəndaşının qədrini bilir. Qaldı ki, bu məmurlarla hansı dildə danışaq, bilmirəm. Bunları vəzifəyə kim gətirib qoyub? Onların çoxunu dövlət başçısı tanımır, hansısa yaramaz adamlar onlara vəzifə vermək üçün ölkə başçısına təqdim ediblər. Mənə belə gəlir ki, bu məmurlara İlham Əliyev humanizmi yox, Mircəfər Bağırov qəddarlığı lazımdır. Belə adamlar güllələmək üçün ölüm hökmünü bərpa etməliyik, çünki bunlar güllələnməsə, mümkün deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.