BNA-nın cərimə yazması üçün şəhərdəki ağaclar kəsilir? - VİDEO

6-05-2020, 12:19           
BNA-nın cərimə yazması üçün şəhərdəki ağaclar kəsilir? - VİDEO
Sosial şəbəkələrdə Bakı şəhərində yol kənarlarındakı ağacların kəsilməsini əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrları lentə alan şəxs, yol kənarlarına quraşdırılmış nəzarət kameralarının önünün açılması və Bakı Nəqliyyat Agentliyinin cərimə yaza bilməsi üçün belə bir addım atıldığını iddia edir.
Sözügedən kadrları təqdim edirik:


Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəsmisi Orxan Məmmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həmin ağaclar kəsilmir, budanır və buna ehtiyac var: “Bu proses bizdə hər il həyata keçirilir. BNA tərəfindən bizə müraciət olunub. Bildirilib ki, şəhərdəki bəzi yollarda ağaclar işıqforların, yol nişanlarının, müşahidə kameralarının önünü kəsir. Biz də həmin ərazilərə baxış keçirmişik və bəlli olub ki, bəli, həqiqətən də bu ağacların budanmasına ehtiyac var. Bəzi ağaclar hətta BNA-ya məxsus avtobusların hərəkətinə də mane olur. Buna görə də, belə ağaclar budanır, yəni kəsilmir. Bu iş yüzdən çox ünvanda həyata keçirilir. Bu ağacların budanmasına zərurət var. Sadəcə BNA cərimə yazsın deyə ağaclar budanmır. Orada hər hansı bir cinayət hadisəsi də baş verə bilər. Bela hallar müasir dövrdə müşahidə kameraları vasitəsilə aşkarlanır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru