ABŞ-da fond indeksləri kəskin yüksəlib

6-11-2020, 04:34           
ABŞ-da fond indeksləri kəskin yüksəlib
Nyu-York Fond Birjasında (NYSE) əsas indeks göstəriciləri yüksəlib.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 542,71 bənd (+1,95%) artaraq 28 390,37 bəndə, “Standard & Poor 500” indeksi 66,98 bənd (1,95%) artaraq 3 510,43 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 300,15 bənd (+2,59%) artaraq 11 890,93 bəndə yüksəlib.

Hərracda “Alphabet”in səhmləri 0,04%, “Apple”ın səhmləri 0,75% bahalaşıb. “Microsoft”un səhmləri isə 0,62% azalıb.

WTI markalı neftin dekabr müqavilələri 1,58 faiz ucuzlaşaraq 38,53 ABŞ dollarından, qızıl isə 2,89 faiz bahalaşaraq 1 951,50 ABŞ dollarından satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru