"Rus malları gömrük rüsumundan azad edilibsə türk mallarıda edilməlidir"- İqtisadçı alım
7-11-2020, 00:40

Türk lirəsi yenidən sürətlə ucuzlaşmağa başlayıb. Hazırda 1 avro 10 türk lirəsindən də bahadır. Türkiyənin Azərbaycanın idxalda əsas ikinci tərəfdaşı olduğunu nəzərə alsaq lirənin uzuzlaşması səbəbindən türk mallarının Azərbaycana idxal arta və sərfəli ola bilər.
Teref.az xəbər verir ki, bunu ADR sədri iqtisadçı alim Qubad İbadoğlu deyir. Daha sonra Qubad İbadoğlu yazır:
Bu tendensiyanı stimullaşdırmaq üçün türk mallarının gömrük rüsumundan azad olunması təklifimi Milli Məclisdə büdcə müzakirələrinin başladığını nəzərə alıb bir daha səsləndirirəm. Hesab edirəm ki, Rusiya və Türkiyəyə münasibətdə eyni yanaşma olmaıdır. Rus malları gömrük rüsumundan azad edildiyi halda türk mallarına rüsumlarının tətbiqi daxili bazarda haqsız rəqabət yaradır və türk mallarının Azərbaycan bazarında mövqeyini zəiflədir. Belə qərarın verilməsi türk lirəsinin sabitləşməsinə az da olsa dəstək ola və eyni zamanda Azərbaycanda satılan türk mallarının qiymətinin ucuzlaşa bilər. Bununla yanaşı, biz istehlakçı kimi türk malı alıb, türkiyənin investoruna çevrilərik, başqa xarici məhsul alıb onların sərmayəçisi olmarıq. Odur ki, bir daha Milli Məclisdən və Nazirlər Kabinetindəm təklifi nəzərdən keçirməyi və münasibət bildirməklərini xahiş edirəm.
P.S. Nəzərə almaq lazımdır ki, Ermənistan, Səudiyyə Ərəbistanı, Mərakeş türk mallarının idxalına qadağa və ya məhdudiyyət qoyub.