Dövlət Baba tək kötəkləmək üçün deyil axı, həm də kökə vermək üçündür...

21-11-2020, 22:00           
Dövlət Baba tək kötəkləmək üçün deyil axı, həm də kökə vermək üçündür...
Dünyada Covid-19 virusunun ən geniş yayıldığı həftələri yaşayırıq, yaz aylarına nisbətən günlük yoluxma sayı dünyada 3-4 dəfə çoxdur. Bir çox ölkələrdə karantin sərtləşdirilir, qapanmalar var - amma, hökumətdən də həm biznesə, həm işçiyə-vətəndaşa dəstək paketləri gəlir.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir.
Daha sonra Natiq Cəfərli deyir, hətta evdə uşağa nəsə qadağan edəndə, bu qadağanı stimullaşdırmaq üçün əvəzində nəsə təklif edirsən, məsələn: Uşağa deyirsən ki, gün ərzində TV də cizgi filminə cəmi 1 saat bax, çox baxmaq qadağındır, əvəzində bir dənə şokolad artıq yeyə bilərsən, və ya, dərslərinə 1 saat daha çox vaxt ayır, əvəzində sənə ay sonu flan oyuncağı alacam.
Dövlət Baba da belə olmalıdı: Qadağa - təşviq, qadağa-mükafat prinsipi ilə hərəkət etməlidir. Həftə sonu hər yeri qapatdız (ərzaq və aptekdən başqa), xub, ayda 8 gün qapalı olanda biznes dövriyyəsindən, məsələn, 100 manat itirirsə, onun da 15 manatı qazanc idisə, gələn ay açılanda vergisi aya 20 manat olacaqsa, ondan 15 manat çıxıb 5 manat ödəsin, yox əgər açılanda aylıq qazancı 10 manat olacaqsa (çoxunda elə olacaq - alıcılıq qabiliyyəti düşüb), 5 manat da Dövlət Baba versin, vətəndaşa da ayrı təşviqlər olmalıdı - çox sadə olsa da məntiqi izah etməyə çalışdım.
Dövlət Baba tək kötəkləmək üçün deyil axı, həm də kökə vermək üçündür...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.