“İnsanları barmağınıza sarımayın, yaralarını sarıyın” - Baş redaktor nazirə səsləndi

22-11-2020, 18:57           
“İnsanları barmağınıza sarımayın, yaralarını sarıyın” -
"Təxminən 10 gün əvvəl Ağdaşda koronavirusa yoluxmuş imkansız bir qadının müalicəsi üçün mənə müraciət etmişdilər. Dərhal TƏBİB rəsmilərinin biriylə əlaqə saxladım. Söz verdi ki, elə bu gün xəstəni nəzarətə götürəcəyik. TƏBİB xəstəni "nəzarətə" götürəndən dörd gün sonra qadın dünyasını dəyişdi".

Bu sözləri mətbuata açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist bildirib ki, hazırda həmin qadının həyat yoldaşı və övladları da COVİD-19 infeksiyasının daşıyıcılarıdır: "Böyük bir ailə taleyin ümidinə buraxılıb. TƏBİB-dən deyirlər ki, evdə olan koronavirus xəstələrini Səhiyyə Nazirliyi müalicə edir. Nazirlik isə ailənin vəziyyətilə bir dəfə də maraqlanmayıb. COVİD-19-a yoluxduqları üçün evdən çıxıb dərman almalarına imkan vermirlər. Evdə oturanda da dərman vermirlər. Zavallı insanlar damın altında oturub öləcəkləri günü gözləyirlər".

Seymur Vetdizadə qeyd edib ki, Səhiyyə Nazirliyinin rəhbərliyi, şəxsən nazir Oqtay Şirəliyev öz işində dönüş yaratmasa, Azərbaycanda koronavirus qurbanlarının sayı daha da artacaq: "Xəstəni evə qapadıb sonra da onu dərmansız-iynəsiz qoymaq hansı məntiqə sığar? İnsanları barmağınıza sarımayın, insanların yarasını sarıyın. Əgər bunu bacarmısınızsa, yerinizi daha bacarıqlı insanlara təhvil verin. Xəstəliyin tüğyan etdiyi bir vaxtda heç kimin cəmiyyətin əsəbləriylə oynamağa ixtiyarı yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru