İxtisara salınan işçidən Etibar Pirverdiyevə sərt sual
28-01-2016, 23:54
Redaksiyamıza iş yerini itirən vətəndaşların tük ürpədən şikayət məktubları daxil olmaqdadır. Belə məktublardan birini Azərenerji Səhmdar Cəmiyyətinin əməkdaşlarından biri Mehriban Hacıyeva göndərib. Məktubu təqdim edirik:
“Yoldaşım 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüslərdə şəhid olub. Həmin ildən mən Mehriban Hacıyeva Azərenerji Səhmdar Cəmiyyətininin nəzdində olan qresdə çilingər işləyirəm. Agır şəkər xəstəsi olmağıma, şəhidin üç yetim qız övladını böyütməyimə baxmayaraq, məni isdən çıxardıblar.
Tək məni yox, mənimlə bərabər 45 şəhid ailəsi və müharibə veteranlarını da işdən çıxarıblar.
Mən evdə ambulator müalucə aldığım üçü, məzuniyyətdə olduğum halda evimə işdən azad olunmağım barədə məktub göndəriblər.
Səbəb olaraq İstilik Elektrik Stansiyasına təşkilat strukturuna dəyisiklik olduğunu, “çalışdığınız cilingər ştatının ixtisara düşdüyünü” bildiriblər. Yazıblar ki, “bagladığınız müqavilənin Respublika Əmək Məcəlləsinin ikinci bəndinə əsasən qüvvədən düşdüyünü, sizin iş fəaliyyətinizə xitam verildiyini bildiririk”.
İndi siz deyin, mən ailə başcısını Qarabağda itirmiş, üç qız anası övladlarımı necə böyüdüm?.
Bu günə qədər birtəhər dolanırdıq, işim vardı, az-çox maaş alırdım. Bundan sonra balalarımın taleyi necə olacaq?
Bizə şəhid ailəsi kimi qoyulan hörmət budurmu?
Burdan üzümü Etibar Pirverdiyevə tuturam. Müəssisənin rəhbəri Gülağa Bəşirov məni və digər şəhid ailələrini, Qarabağ veteranlarını işimizə bərpa etsin. Əgər bu məsələ ilə bağlı tədbir görülməsə, səsimizi daha da qaldıracağıq.
Mənim ailəm Qarabağda canını verməyib ki, Gülaga Bəşirov kimiləri şəhidin balalarının çörəyinə bais olsunlar! Niyə öz qohum əqrabalarının yox, mənim ştatım ixtisara düşdü?
Bu özbaşınalıqdırmı, yoxsa şəhid balalarına edilən düşmənçilikdi?! Biri bunu mənə izah etsin!”
bastainfo.com