"Mənim bu fəryadımı nəzərə alaraq, tədbir görülməsi üçün mənə köməklik göstərəcəyinizə əminəm. " Qazi anası və şəhid bacısı Prezidentə mütaciət etdi

4-12-2020, 00:03           
"Mənim bu fəryadımı nəzərə alaraq, tədbir görülməsi üçün mənə köməklik göstərəcəyinizə əminəm. " Qazi anası və şəhid bacısı Prezidentə mütaciət etdi
Möhtərəm Prezident Sizi Vətənimizin ərazi bütövlüyünün bərpası uğunda apardığınız şərəf mübarizəsində qazandığınız Qələbə münasibəti ilə təbrik edirəm. Mənim kiçik oğlum Azərbaycan Ordusunun baş leytenantı Nemət Şahverdiyev Vəli oğlu da Sizin əsgəriniz kimi Vətənimizin ərazi bütövlüyünün bərpası əməliyyatında iştirak etmiş, Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunması uğrunda savaşmış, öncə Füzulidə sonra Şuşada yaralanmışdır. Oğlum Nemət düşmənlə savaşdığı zaman Cəbrayıl rayon polis şöbəsinin rəisi Toğrul Mahmudov polis zabitləri Elşad və Rəşadı 2-qrup əlil oğlum Şahini Şahverdiyev Vəli oğlunu şöbəyə gətirməyə göndərib. Oğlum öz həyətində təsərrüfat işi ilə məşğul olduğu zaman həmən polislər oğluma yaxınlaşaraq, onu yerə yıxıb, üzərindəki paltarını cıraraq, xəsarətlər yetirmiş vəhşicəsinə xidməti maşına basaraq şöbəyə aparmışlar. Şöbədə oğlumun şərəf və ləyaqətini təhqir edərək, onu vəhşicəsinə döymüş, alçaldıcı hərəhətlər edərək, ,,səni zorlamadan buraxmayacağıq"demiş, ona mənəvi əzab vermişlər. Oğluma qarşı bu vəhşiliyin səbəbi, oğlum Şahinin Cəbrayıl rayon prokuroruna ,,sizə verdiyim ərizəyə niyə biganə yanaşırsız" sualı olub. Və quldur polis zabitləri dərhal məhkəmə təşkil edərək, oğlumu avtoxuliqan kimi rəsmiləşdirib, hökm çıxarıblar. Cənab prezident mənim oğlumun maşını işləmir. O, necə avtoşluq edəbilərdi. Cəbrayıl Hüquq Mühafizə Orqanlarının bu qanunsuzluğu barədə dəfələrlə yuxarı təşkilatlara şikayət etsəm də şikayət baxılması üçün barəsində şikayət etdiyim qurumların özlərinə göndərilir. Bunlar da özləri bildiyimi kimi işə qanunsuz xitam verirlər. Qərardan apeliyasiya şikayəti verdik. Təəssüf ki, sifarişlə hökm oxuyan Şirvan şəhər apeliyyasiya məhkəməsinin sədri hökmü qüvvədə saxladı.
Cənab Prezident mənim qardaşım Rəsul İbrahimov Bəyqulu oğlu Cəbrayıl işğal olunan günü Şəhid olub. Bir Şəhid bacısı kimi Sizdən mənim fəryadıma cavab gələcəyinə əminəm. Sizi ədalət carçısı kimi tanıyır və Sizin ədalətinizə sığınıram.
Möhtərəm Prezident Sizin Vətən üçün, xalq üçün bütün gücünüzü səfərbər edərək çalışmağınız Sizi Xaqın səcdəgahı edib. Və Qarabağ Qələbəniz Sizi əbədi liderə çevirib.
Sizin kimi bir Liderin xalqına və dövlətinə etdiyi fədakarlıq elə nanəciblər tərəfindən kölgələnir. Mənim bu fəryadımı nəzərə alaraq, tədbir görülməsi üçün mənə köməklik göstərəcəyinizə əminəm. Əvvəlcıdən təşəkkür edirəm.
İsmayılova Rəfiqə Bəyqulu qızı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.