10 ayda bank sektorunda baş verən ən vacib - Hadisələr

14-12-2020, 23:03           
10 ayda bank sektorunda baş verən ən vacib - Hadisələr
İqtisadçı-ekspert Samir Əliyev 2020-ci ilin yanvar-oktayr ayları ərzində bank sektorunda baş verən ən mühüm məqamları diqqətə çatdırıb.

Teleqraf.com xəbər verir ki, iqtisadçı ötən 10 ayda bank sektorunda bir sıra dəyişikliklərin baş verdiyini deyib.

“İlk olaraq 4 bank bağlandı. Nəticədə bankların sayı azalaraq 30-dan 26-ya düşdü. Bağlanan bankların 2-si xarici, 2-si də yerli kapitallı banklardır.

Bank filiallarının sayı 509-dan 444-ə, şöbələrinin sayı isə 133-dən 116-ya düşdü.

Bundan əlavə, 924 bank işçisi işini itirdi. Bank işçilərinin sayı 19460-dan 18536-ya endi.

Bankların aktivləri 32,7 milyard manatdan 30,7 milyard manata qədər azaldı. Səbəb əsasən 4 bankın bağlamasıdır.

Kredit qoyuluşu da 3,2 faiz azaldı. Bankların müştərilərə verdikləri kreditlərin həcmi 15,2 milyard manatdan 14,7 milyard manata qədər azaldı. Kredit resurslarının cəmi aktivlərdə payı 46,5 faizdən 48 faizə yüksəldi.

Bankların qiymətli kağızlara yatırımları 3,3 milyard manatdan 4,3 milyard manata qalxdı.

Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1,5 milyard manatlıq məqsədli ehtiyatlar cəmisi 182 milyon AZN azaldı.

Ümumi depozit qoyuluşu 8,7 faiz azaldı. Bankların depozitlərdən asılılığı azaldı. Cəlb edilən resurslarda depozitlərin payı 80 faizdən 78,7 faizə düşdü.

Xalis mənfəət azaldı. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət 572,9 milyon manatdan 478 milyon manata qədər azaldı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.