Xaçmaz sakinləri soyuqdan donurlar... - GİLEY

15-12-2020, 08:53           
Xaçmaz sakinləri soyuqdan donurlar... - GİLEY
Sanki "Azəriqaz" rəhbərliyi havaların soyumasını gözləyir ki, əhalini təbii qazla sınağa çəksin. Hər halda bu pandemiyanın tüğyan etdiyi dönəmdə insanlarımızın istilik problemlərinin olmaması da vacib şərtdir ki, bunun təminatını əngəlləyənlər birbaşa məsuliyyət daşıyır. DİA.AZ bildirir ki, amma deyəsən, "Azəriqaz"ın başbilənləri üçün belə bir qayğı yoxdur və ona görə də, vətəndaşların təbii qazlarını 3 günlük, 5 günlük və hətta bəzən bir aylıq da kəsərək, onları öz aləmlərindəı sınağa çəkməkdədirlər...

Belə bir şikayətin biri də Xaçmaz rayonundandır. Xaçmaz sakini Natəvan Ələkbərova yazır ki, artıq 3 gündür təbii qazla təminatlarında problemləri var. DİA.AZ narazı vətəndaşın qeydlərini təqdim edir:



"Mənim şikayətim Xaçmaz rayon qaz idarəsindəndir. Artıq 3 gündür ki , qazın verilməsini dayandırıblar və nə vaxt veriləcəyi məlum deyil. Qış aylarında, bu cür soyuq havada bunun edilməsi nə dərəcədə düzgündür?"

Vətəndaş bildirir ki, aidiyyatı qurumlara etdiyi şikayətlər cavabsız qalıb.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru