''Səba''-ya fırıldaq ittihamı -''Bizi aldadırlar''...toyuq əvəzinə buz? FOTO

6-02-2016, 23:11           
''Səba''-ya fırıldaq ittihamı -''Bizi aldadırlar''...toyuq əvəzinə buz? FOTO
Bakının məhşur broyler şirkətindən şikayət var. Oxucular Criminal.az-a müraciət edərək bildirib ki, paytaxtdakı marketlərdən birindən ''Səba'' şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içərisi buz parçaları ilə doludur.

Şikayətçi iddia edir ki, şirkət bu yolla məhsulun çəkisini məqsədli şəkildə artırmaqla alıcılarını aldadır.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa cəhd etsək də, telefonlara cavab verən olmadı. Şirkətə yazılı sorğu göndərilib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru