Azərbaycanda ötən il kartof idxalı ixracı 2 dəfədən çox üstələyib

19-02-2021, 11:21           
Azərbaycanda ötən il kartof idxalı ixracı 2 dəfədən çox üstələyib
2020-ci ildə Azərbaycandan ümumi dəyəri 33 786,2 min ABŞ dolları dəyərində 81 388,3 ton kartof ixrac edilib.

Sozcu.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycandan ixrac edilən kartofun dəyəri 25,8%, həcmi isə 31,7% artıb.

Bununla yanaşı, ötən il Azərbaycana ümumi dəyəri 49 517,4 min dollar dəyərində 182 700 ton kartof idxal olunub. 2019-cu il ilə müqayisədə idxalın dəyəri 4,4%, həcmi isə 5,4% azalıb.

Göründüyü kimi, ötən il Azərbaycanda kartofun idxalı ixracı 2,2 dəfədən çox üstələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru