Nazirlik qanunu pozdu: 3 aylıq şirkətə 2.2 milyon manat verdi

19-02-2021, 18:21           
Nazirlik qanunu pozdu:
Gənclər və İdman Nazirliyinin Xəzər Rayon Gənclər və İdman İdarəsi bir gündə eyni şirkəti elan etdiyi 3 tenderin qalibi olduğunu açıqlayıb.

Tenderlərin ümumi məbləği 2 milyon 207 min 100 manatdır. Qalib elan olunan şirkət “Tremix-Co” MMC-dir.

Bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı elan olunan tenderlə bağlı şirkətə 2 milyon 157 min 600 manat ödəniləcək. Müqavilə öhdəliyi 19 fevral 2021 – 31 dekabr 2021-ci il tarixlərini əhatə edəcək.

Eyni adlı – Bədən tərbiyəsi və idmanın təşkili – başlıqlı digər tenderə görə “Tremix-Co” MMC-yə nazirlik 21 min 576, “Gənclər siyasətinə aid mallar və hədiyyələr” adlı tenderə görə isə 27 min 924 AZN pul ödəyəcək.

Bildirək ki, “Tremix-Co” ötən il dekabrın 9-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Günel Oqtay qızı Qəmbərovadır.

Bu şübhəli tenderə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli şərhinə “korrupsiyanın buynuzu olmur ki?” ifadəsi ilə başlayıb:

“Tender və dövlət satınalmaları haqqında qanunda açıq yazılıb ki, tenderlərdə iştirak üçün şirkətlərin iş təcrübəsi olmalıdır. “Tremix-Co” 3 ay (!!!) öncə yaranıb, şirkətin saytı da yoxdur. Sayt bir qırağa bu qurumu heç google də tanımır – yaxşı, nə baş verdi ki, təcrübəsiz, fəaliyyəti olmayan şirkətə 2 mln 207 min manatlıq layihə peşkəş edildi?! Bu nə layihədir? “Bədən tərbiyəsi və idmanın təşkili” – bu nə deməkdir?! 2,2 mln manata uşaqlara idman etdirəcəklər, “1, 2, 3, 4 – kim sevirsə idmanı”, deyəcəklər?!”.savaş/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru