Gələn ay ucuzlaşma ola bilər - VİDEO

21-02-2021, 23:22           
Gələn ay ucuzlaşma ola bilər - VİDEO
Gələn ayın əvvəlindən etibarən bəzi məhsullarda ucuzlaşma ola bilər.

Pravda.az-ın məlumatına görə, martın 1-dən etibarən tətbiq ediləcək "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş"inə əsasən konkret məhsullar üzrə vergilərin azaldılması, hətta sıfırlanması nəzərdə tutulur. Burada söhbət ikiqat vergidən azadolunma və eləcə də vergi dərəcələrinin uyğunlaşdırılması kimi məsələlərdən gedir. Həmin məhsulların siyahısı da sazişdə öz əksini tapıb. Razılaşmaya əsasən hər iki ölkə 15 mal qrupunun ixracında güzəşt əldə edəcək. Məqsəd güzəştlər hesabına Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasıdır.

İqtisadçı Rəşad Həsənov hesab edir ki, belə bir sazişin Azərbaycan üçün iki böyük önəmi var: brincisi ölkəmiz qeyri-neft mallarının ixracını şaxələndirəcək, ikincisi isə idxal mallarını əlverişli qiymətlə əldə edəcək. Bu sazişin qüvvəyə minməsindən sonra Türkiyədən güzəştli şərtlərlə mallar idxal edildiyindən daxili bazarda ucuzlaşma olacaq.

Ekspertin fikrincə, bazarın liberallaşdırılması istiqamətində də addımlar atılmaqla bu sazişlə həm ölkələrarası xarici ticarət dövriyyəsinin genişlənməsi, həm də əhalinin bu məhsulları daha ucuz qiymətə alması da təmin edilməlidir.

Rəşad Həsənov həmçinin düşünür ki, sözügedən sazişdə qeyd olunan məhsullar o qədər də vacib kateqoriyaya daxil olan məhsullar sırasına daxil deyil. Amma bu siyahı növbəti mərhələlərdə daha da artırıla bilər. Bununla da gələcəkdə iki ölkə arasında daha çox malın dövriyyəsi qarşılıqlı güzəştlərlə ticarət ediləcək və Azərbaycanda qiymətlər insanlarımız üçün daha əlçatan olacaq.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.