Azərbaycan iqtisadiyyatında ARTIM GÖZLƏNTİSİ: - “Bu proqnozların reallıq payı...”

3-04-2021, 14:30           
Azərbaycan iqtisadiyyatında ARTIM GÖZLƏNTİSİ: - “Bu proqnozların reallıq payı...”
Dünya Bankının hesabatına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında ın 1,9 faiz artım gözlənilir. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

İqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında Dünya Bankının qeyd olunan proqnozlarını şərh edib. Onun sözlərinə görə, dünya bazarında neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müsbət stimul yaradır:

“Mövcud şəraitdə müxtəlif nüfuzlu qurumların proqnozlarını birmənalı qiymətləndirmək çətindir. Çünki vəziyyət çox dəyişkəndir. Pandemiya dövrü və dünyadakı geosiyasi vəziyyət olduqca qarışıqdır. Bu baxımdan, Dünya Bankının proqnozları sadəcə, optimal bir variantdır.

Ümumiyyətlə, hesab edirəm ki, irəli sürülən proqnozda reallıq payı var. Bir tərəfdən nefti bahalaşır və bu, Azərbaycanın iqtisadiyyatı üçün müsbət haldır. Düzdür, yaxın gələcəkdə neftin qiymətində də dəyişiklik baş verə bilər, amma mövcud şəraitdə bu il 1,9 faiz, gələn il 4,5 faizlik artım gözləniləndir.

Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri də işğalda olan torpaqlarımızın azad edilməsidir. Bu fonda ölkəyə daxili və xarici sərmayə axını gözlənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru