“Bank Standard"ın Kreditorlar Komitəsinin keçmiş üzvünə yarım milyon manatdan çox dələduzluq edilib

1-06-2021, 09:49           
“Bank Standard"ın Kreditorlar Komitəsinin keçmiş üzvünə yarım milyon manatdan çox dələduzluq edilib
Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olmuş şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq edilib.

APA xəbər verir ki, "Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olmuş Vəliyev Rişad Höccət oğluna qarşı Eldar Məhərrəmov adlı şəxs yarım milyon manatdan çox dələduzluq edilib.

Zərərçəkənin şikayəti əsasında Eldar Məhərrəmov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

E. Məhərrəmov barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyev icraatına verilib.

Qeyd edək ki, Vəliyev Rişad Höccət oğlu "Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olub. O, komitəyə Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü ilə daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru