Keçmiş deputat Ədliyyə Nazirliyini məhkəməyə verdi

3-06-2021, 00:02           
Keçmiş deputat Ədliyyə Nazirliyini məhkəməyə verdi
Keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli Ədliyyə Nazirliyini məhkəməyə verib.
Bu barədə Nazim Bəydəmirlinin özü məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyini məhkəməyə verməsinin səbəbi “Bəydəmirli Xeyriyyə Fondu”nun dövlət qeydiyyatına alınmamasıdır.
“Baxaq görək hakimlərin və məhkəmələrin asılı olduğu bir quruma qarşı iddiamızı təmin etməyə bir cürəti olan hakim tapılacaqmı? Ədliyyə Nazirliyi hüququ qorumalı halda hüquqları özü pozmaqla məşğuldur və onun belə idarə edilməsi Azərbaycana ancaq utanc gətirir, dəyişdirilməlidir”, – deyə keçmiş deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru