"Mənə kimsə toxuna bilməz, mənim "alibim" var" deyir... - İDDİA

3-06-2021, 16:27           
"Mənə kimsə toxuna bilməz, mənim "alibim" var" deyir... - İDDİA
Bu günlərdə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin görəvdən alınacağı haqda informasiyalar yayılmışdı. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, RİH rəhbəri bu xəbərləri gülməklə qarşılayıb və marazlı ifadə işlədib.

Redaksiyamıza Astara RİH-dəki mənbədən verilən xəbərdə deyilir ki, Qəzənfər Ağayev özünə yaxın bildiyi çevrədə "Əşi boş şeylərdir, ağıllarına gələni yazırlar. Mənə kimsə toxuna bilməz, mənim "alibim" var" deyərək gülüb.

Başçının nəyə işarə etdiyini bilməsək də, dia.az olaraq xatırladırıq ki, bu vaxta qədər adı müxtəlif qalmaqallarda hallanan Qəzənfər Ağayevə qarşı ən ağır ittihamı zamanında hazırda Daşkəsən rayonuna rəhbərlik edən Əhəd Abıyev irəli sürüb.

Həmin dönəmlərdə Masallıya rəhbərlik edən Qəzənfər Ağayevlə ədavətdə olan Əhəd Abıyev onu parlamentin kürsüsündən beynəlxalq narkotik daşımaçılığında ittiham etmişdi. Xatırladaq ki, o zamanlar Əhəd Abıyev də Masallının deputatı idi.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru