"Nə xəritə, o mina yeni basdırılıb...."- Yana yana Səxavət Məmməd yazılr...

5-06-2021, 07:20           
"Nə xəritə, o mina yeni basdırılıb...."-
Baş verən hadisənin videosundan əlavə bir qədər araşdırma apardım. Yol işləkdir. Təminat yollarından biridir. Əminliklə deyə bilərəm ki, mina əraziyə sonradan, hətta saatlar əvvəl basdırılıb. Ərazidə olan bəzi hərbçilər hətta minanın kənardan idarəolunan olmasını da ehtimal edirlər. Bu ehtimal aşağı faiz olsa da, yoxlanılmalıdır. Müdafiə nazirliyi yenə susur. Videodan görsənir ki, sərnişin daşıyan maşın mülki deyil. Çıx bir açıqlama yay, bəyanat ver də. Mina partlayıb, vzırıvpaket yox.
Bir neçə gün əvvəl əsgərlərimiz döyüldü, ardınca təminat yoluna mina basdıran terrorçular yaxalandı, sonra 40 erməni silahlısının post qurması aşkarlandı. Bunlar hələ açıqlananlardı... Orda xidmət necə təşkil olunur? Ərazinin relyefi çətindir. Yaz gəlib, hər tərəf yaşıllıqdı. Kəlbəcər üçün burnunun ucu göynəyən insanlar var. Çağırın, bələdçilik etsinlər. Müharibədə çağıranda yaxşı idi, indi pis? Anlayın, Azərbaycan əsgəri əraziyə nabələddir. Ermənilər məhz üçtərəfli bəyanatdan sonra Kəlbəcərdə problemlər yaşadacaqlarını deyirdi. Ərazi yaxşı tanıdıqlarını, mağaralarda gizlənəcəklərini, partizan müharibəsi aparacaqlarını bildirmişdilər. Ona görə aylar əvvəl yazırdım ki, yaz gəlməmiş anti-terror əməliyyatıları aparmaq lazımdır. Anti-terror əməliyyatı aparmağa icazə vermirlər, bələdçiləri yığıb, tarama işləri aparmaq olar.
Bunları yazırsan, sonra deyirlər, işin-gücün nazirliyi tənqid etməkdir. Tənqid edirəm ki, bu hadisələr olmasın da.
40 erməni post qurur, onların çıxarılması videolarını yayırlar, hamı da buna sevinir. Bu problemi ört-basdır etməkdir. Baş altına yastıq qoymaqdır.
Hamı bir ağızdan mina xəritəsi istəyir. O mina yeni basdırılıb. Niyə özünüzü aldadırsınız? Qəbirstanlığa mina qoyanların xəritəsinə güvənib, digər ərazilərdə axtarış aparmayacağıq? Ceyhun Bayramovda Ermənistana çağırış edib. Mina xəritələrini verməyə çağırır. Keçib, xahiş elə. Bu nə üslubdur? Qalib ölkənin XİN rəhbərinin üslubu sadəcə olaraq gülüncdür.
Malalayın, generalları dəsmallayın yaxşı olacaq...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.