Əlilin işsizlik və pensiya qayğıları - VİDEO
6-07-2021, 08:58

Elnur Quliyev həmçinin əlillik pensiyasının 110 manat azaldığını da iddia edir. Baxmayaraq, aldığı təqaüddə artım olduğunu da danmır.
Şikayətçinin problemlərinə işıq salmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan bizə bildirdilər ki, Elnurun ona yönələn sosial ödənişin azalması ilə bağlı qeyd etdikləri yanlışdır.
Bu kateqoriyadan olan vətəndaşlara sosial ödənişlərdə ildən-ilə yalnız artımlar edilir və bu ödənişlərin azaldılması heç bir halda baş verə bilməz. Elnur Quliyevə yönələn sosial ödənişlərdə də azalma deyil, əslində artım baş verib. Belə ki, 2021-ci ilin əvvəlindən pensiya qanunvericiliyində edilmiş dəyişiklik nəticəsində onun pensiyasına 110 manatlıq əlavə ləğv olunsa da, əvəzində ona yönələn təqaüd 150 manat artırılıb və 400 manata çatdırılıb. Bununla yanaşı, pensiyası bu ilin əvvəlindən indekslesdirilərək 251,81 manata çatdırılıb.
Yəni, nəticə etibarilə Elnur Quliyev 2020-ci ildə pensiya və təqaüdlə birgə 587,7 manat alırdısa, 2021-ci ilin əvvəlindən 651,8 manat alır. Göründüyü kimi, ona yönələn sosial ödəniş azalmayıb, əksinə artıb. O, pensiyasının üzərində üç uşağının hər biri üçün edilmiş əlavələri də alır.
Şikayətçinin məşğulluq məsələsinə görə narazılıqlarına gəlincə, bu şikayətlərlə Dövlət Məşğulluq Agentliyinə üz tutdur. Qurumdan bildirildi ki, Elnur Quliyev məşğulluq altsistemində işaxtaran kimi qeydiyyatdadır. Vətəndaşın 1-ci qrup əlilliyi var. Əmək qabiliyyətsizdir. Bu səbəbdən vətəndaşı özünüməşğulluq proqramına cəlb etmək və ya işlə təmin etmək mümkün olmayıb. Qeyd edək ki, Özünüməşğulluq proqramı əmək qabiliyyətli işsiz şəxslərin dövlətin dəstəyi ilə özünü işlə təmin etməsinə şərait yaradır. Proqramın əsas şərtlərindən biri müraciət edən vətəndaşın işsiz statusunun olmasıdır. Məşğulluq haqqında qanuna əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs hesab olunur. Əmək zəmanəti verilməyən əlilliyi olan şəxsləri Məşğulluq haqqında qanuna əsasən işsiz kimi qeydiyyata almaq mümkün olmadığından həmin şəxslər proqrama cəlb oluna bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi ekspert komissiyaları tərəfindən əmək qabiliyyətini tamamilə itirmiş və psixi-ruhi pozuntular səbəbilə əlilliyi olan şəxslərə əmək zəmanəti verilə bilmir. Digər hallarda isə bütün əlilliyi olan şəxslərə əmək zəmanəti verilir və həmin şəxslər özünüməşğulluq proqramının icrası zamanı üstün hüquqa malikdirlər.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya da bu mövzu ilə bağlı üz tutduq. Qurumun mətbuat katibini eşidək.
Ümid edirik ki, adı çəkilən layihənin icrasından sonra Elnur Quliyev də istədiyi işlə təmin olunacaq və daha bu qəbildən olan şikayətlərə rast gəlməyəcəyik.