Bu şirkət "Xalq Bank"ın kreditini qaytara bilmir

6-07-2021, 09:41           
Bu şirkət "Xalq Bank"ın kreditini qaytara bilmir
Süni mərmər və qranit istehsalı ilə məşğul olan "NB Seramik" MMC "Xalq Bank"dan aldığı kreditin şərtlərinin dətişdirilməsini və müddətinin uzadılmasını istəyir.

Index.az xəbər verir ki, "NB Seramik" 2016-cı ilin iyulun 12-də bankla kredit müqaviləsi imzalayıb. Kredit xətti müqaviləsinin təminatı qismində "NB Holding" ASC torpaq sahəsi üzərində icarə hüququnu banka girov qoyub.

"NB Seramik" MMC-nin kredit xətti müqaviləsi üzrə ödəniş şərtlərinin dəyişdirilməsinə və müddətin əlavə 1 il artırılaraq 12 iyul 2023-cü il tarixədək uzadılmasına ehtiyacı yaranıb.

Zəruri dəyişikliklər edilməsi ilə bağlı 9 avqust 2021-ci il tarixində "NB Holding" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"NB Seramik" MMC 2016-cı ilin dekabr ayında süni mərmər və qranit zavodunu istifadəyə verib. Hüquqi ünvanı Gəncə şəhərində olan "NB Seramik" MMC 2 milyon 142 min manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi Məmmədov Anar Şirzad oğludur. Qanuni təmsilçisi Vəliyev Pərviz Şamir oğlunun olduğu “NB Holding” ASC 4 min manat nizamnamə kapitalına malikdir.

"Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364.773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33.85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16.15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.