"200 manat əvəzinə 250 manatlıq quzunu rüşvət kimi verdim... ONU QAYTARIN!" - NARAZILIQ!

2-08-2021, 17:24           
"200 manat əvəzinə 250 manatlıq quzunu rüşvət kimi verdim... ONU QAYTARIN!" - NARAZILIQ!
Şamaxı rayonun Qurdtəpə kənd sakini Yusifov Zəfər Maşallah oğlu tərəfindən əlaqədar qurumlara müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"2020-ci ilin aprelin 3-4 arası Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri ( Qədirov Cavid və İmaməliyev Tofiq) ərazidə qoyun otardığıma görə gəlib məndən 200 manat pul istədilər. Mən də dedim ki, pulum yoxdur. Pul əvəzi sizə 1 ədəd 250 manatlıq quzu verə bilərəm. Və pul əvəzi olar. Həmin günün səhəri 12-1 arası radələrində Bələdiyyə Tofiqin bacısı oğulları Nadir və Adil qardaşları və Nuriyev Mühasibin oğlanları gəlib quzunu apardılar.


Lakin həmin vaxtdan 1 il keçməmiş onların –kənd icra və bələdiyyə sədrinin yaxın qohumları təkrar məni Ağsu məhkəməsinə verib və guya qoyunların onların ərazini otlaması bəhanəsilə hərəsi məndən 1000 manat pul istədilər. İddiaçıar olan Oraz kənd bələdiyyəsi sədrinin əmisi, digər iddiaçı Mühasib də yaxın qohumlarıdır. Məhkəmə gördü ki, yazılanlar böhtandır, mənim xeyrimə qərar çıxardı. Mən 44 günlük müharibədə kürəkənim 3 azyaşlı uşaq atası şəhid Elgün Əzizovun yetim qalmış övladlarına hazırda baxıram. İndi şəhidin 3 yetim körpə balası mənim yanımda qalırlar. Özüm Şamaxının Qurdtəpə kəndidndən olsam da mal-qara saxlamaq üçün Ağsu rayonun Suraxanı kəndində yaşayan Səfərov Bəhrama məxsus fermada yerləşmiş və burda çalışıram.

Xahiş edirəm Kalva kənd icra nümayəndəsi Cavidin və Bələdiyyə sədri Tofiqin yaxın qohumarı Oraz və Mühasib məni məhkəməyə verib şantaj etdikləri üçün bu vəzifəli şəxslərin rüşvət alaqlarının qarşısını alasınız və məndən rüşvət(pul əvəzi ) aldıqları quzumun geri qaytarılmasına köməklik edəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.