“Niyə nazirin, deputatın, icra başçısının balası yaxşı maşın sürməlidir, qalanlar isə...” - deputat

4-08-2021, 18:27           
 “Niyə nazirin, deputatın, icra başçısının balası yaxşı maşın sürməlidir, qalanlar isə...” - deputat
“Bizdə hələ də “kolxoz” düşüncəsi qalır.

“Kalxoz” malıdır, dağıt, dövlət malıdır, dağıt. Biz məhz o vəzifəli şəxslərin ucbatından dövləti, maraqlarımızı milliləşdirə bilmədik. Ona görə də indi hamı deyir ki, əşi, dövlətin puldur da, dağıt. Dədənin pulu deyil ki, mənə vermirsən”.

Cebhe.info xəbər verir ki, bunu “Müsavat TV”nin canlı yayımında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, cəmiyyətdə sosial bərabərlik olmalıdır:

“Niyə bizdə bu düşüncə olmalıdır ki, filankəs yaxşı yaşıyırsa, deməli, o, nazir balasıdır? Niyə nazirin, deputatın, Prezident Aparatında işləyənin, icra başçısının balası yaxşı maşın sürməlidir, yaxşı yaşamalıdır, insanlar da bunu görməlidir? Vətəndaş da bunu görəndə deyir ki, mən onu tanıyanda, acından ölənin biri idi. İndi vəzifəyə gedib məndən yaxşı yaşayır. Yəni bərabərliyi hər kəsə tətbiq etmək lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru