Novruzəli Aslanovun qaşı, gözü QARADIRMI? - Yoxsa ona hər şey olar...

4-08-2021, 18:50           
Novruzəli Aslanovun qaşı, gözü QARADIRMI? -
Milli Məclisin daha bir deputatı – Novruzəli Aslanov qızına karantin qaydalarına zidd toy məclisi keçirib.

Deputat qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə yaxın adam olub.

Novruzəli Aslanovun karantin müddətində toy məclisləri üçün müəyyən edilən 150 nəfərdən artıq adam toplaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həm də bəstəkar olan Novruzəli Aslanov təkcə 10 nəfərə yaxın müğənnini məclisə çağırıb.

Bundan başqa millət vəkilinin qohumları ilə yanaşı, deputat həmkarları, ictimaiyyət nümayəndələri də toyda olub.

Bəs görəsən, müvafiq qurumlar müəyyən olunmuş say həddindən artıq adamları başına toplayan deputatı məsuliyyətə cəlb edəcəkmi?

Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.