Vidadi İsayev özünü təhqir etdi: “Get Ağdama, başçı insan adamdır”

6-08-2021, 16:58           
Vidadi İsayev özünü təhqir etdi:
Bərdədə ermənilərin kassetli bombardmanı zamanı yaralanmış, bir qolunu itirmiş yerli sakin Arzu Aslanov bu günlərdə icra başçısı Vidadi İsayevin qəbuluna gedib. Anaxeber.info məlumat verir ki, erməni terrorundan zərər çəkmiş vətəndaş yardım üçün icra başçısına müraciət etsə də, kuryoz cavabla qarşılaşıb. V.İsayev A.Aslanova gözlənilmədən deyib ki, “sən Ağdamın icra hakimi Vaqif Həsənovun yanına get, insan adamdır...” Bu sözdən təəccüblənən Bərdə sakini icra başçısına nə cavab verəcəyini bilməyib. Amma onun yerinə bizim cavabımız hazırdır - Ağdamın icra başçısı insan adamdırsa, Bərdənin başçısı Vidadi İsayev bəs necə adamdır?! Məgər özü insan adam deyil? Görəsən Bərdənin icra başçısı özünü niyə təhqir edib? Yoxsa vətəndaşı ələ salmaq istəyib?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru