Bu da daha bir müəmmalı satınalma müqaviləsi -

9-08-2021, 18:38           
Bu da daha bir müəmmalı satınalma müqaviləsi -
“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Airport Gate Service” MMC ilə maliyyə dəyəri 618 000 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.

Teref.az qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə AZAL-ın əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Airport Gate Service” MMC 30 mart 2016-cı il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 606 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mehbala Zeynalabdiyev küçəsi, ev 8, mənzil 28-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Məmməd Mirzə Ağahüseyn oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı qeyd yoxdur. Araşdırmalar zamanı isə aydın olub ki, “Airport Gate Service” MMC “Silk Way Holding” MMC-yə daxildir. Mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlara görə isə, bu şirkət AZAL-ın prezidenti Cahangir Əsgərova və ailə üzvlərinə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru