Bakıdakı “novostroykalar” onlarla xəstəlik və xərçəng mənbəyidir – Dəhşətli SƏBƏB

11-08-2021, 16:49           
Bakıdakı “novostroykalar” onlarla xəstəlik və xərçəng mənbəyidir
Ucuzdur, asandır, sərfəlidir, dəbdədir deyib evlərimizi cəhənnəm yuvasına çeviririk

İnsan orqanizminə, xüsusən uşaqlara neqativ təsir edən müasir tikinti materialları artıq hər binaya, evə ayaq açıb.Ucuzdur, asandır, sərfəlidir, dəbdədir deyib evlərimizi cəhənnəm yuvasına çeviririk.
İnsanlar tikinti materialı alarkən onun təhlükəsizliyi barədə heç bir sertifikat, laboratoriya rəyi tələb etmir. Düşünür ki, bu ərzaq deyil ki, orqanizmə daxil olsun. İstehsalçılar, firmalar isə hər materialda normadan artıq və ya lazım olmadan istifadə etdikləri kimyəvi maddələr barədə ümumiyyətlə alıcıya bir söz demir.

Son zamanlar insanlarda sinir, əsəb, endokrin, ağciyər xəstəlikləri artıb. Səbəbi bəzən bilinməyən bu problemlərin kökü iç-içə yaşadığımız divarlar, döşəmə, plastik qapı pəncərə, evimizin materialları ola bilər.

TİA.AZ zərərli, tikinti materiallarının TOP 7 siyahısını təqdim edir.

Baxın, bu siyahıdan sizdə hansıları var və fəsadları nədədir?
1. Polimer tikinti materialı – DVP, DSP, PBX, PVA kimi tanınan istilik izolyasiya, hidroizolyasiya, hermetizasiya üçün,eləcə də mebel istehsalında və örtüklərdə istifadə olunur. Ucuz mebellər də daha çox DVP, DSP-dən hazırlanır.
PBX-dan plastik borular, pəncərə qapı, divar panelləri, linoleum, dartma tavan, plintuslar düzəldilir.

Əgər evdə cəmi bir plastik qapı və bir linolium döşəmə varsa, bu elə də ciddi təhlükə sayılmır.Lakin indi bütün obyekt, ev, mənzillərdə mövcud pəncərələr, bəzən qapılar, mətbəxdə döşəmə, mebel, qapılar, tavan hamısı bu materiallardan hazırlanıbsa burda yaşamaq bədən üçün əzabdır.Zamanla bu materialladan kanserogen maddə olan dioksin buxarlanıb çıxır, bu da insanın DNT si səviyyəsində mutasiyalara səbəb olur, xərçəng şişləri yaradır.
Belə evdə immun sistem çökür, tənəffüs yolları, ağciyərlər tıxanır, böyrəklər, qaraciyər zəhərlənir.

Polimer materiallardan çıxan təhlükəli maddələr – toluol, benzok, etilbenzol isə qandan tutmuş gözə kimi zərərlidir.2. Rəngli boya, lak, yapışqan – 90% bu məhsullar təhlükəli ksilol və toluol maddəsi daşıyır. Bəzi polivinilxrolid qatqılı müasir boyalardan 6-8 ay sonra havaya neqativ maddələr qarışır. Bunlar damarları tıxayır, normal tənəffüs sistemini pozur, dəri və selikli qişalarda allergik fəsadlar yaradır, orqanizmin işində pozulmalar olur.
Bu maddələr körpələr, hamilələr, südverənlər, yaşlı insanlar üçün çox zərərlidir. Bəzi parket lakvə yapışqanları, qadın kişi cinsiyyət, resproduktiv sistemini çökdürür, sonsuzluq yaradır. hamilələrdə erkən doğuş, düşüklərə səbəb olur

3. Penopolistirol – evlərin isidilməsi materialı kimi geniş istifadə olunur. Bu materialı evin daxilində istifadə etmək qadağan olunub, çünki formaldeqid, fenol, stirol kimi toksiki maddələr buraxır. Tənəffüs sisteminə çökür, orqanizmdə yığılır, qaraciyəri zəhərləyir.
Aylarla, illərlə penopolistirollu məkanda yaşayan insanda ürək-damar, ağciyər, qaraciyər problemləri başlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.