Göygölün Qırıxlı Kənd İcra Nümayəndəsi xalqı necə aldadır - İDDİA... YENİLƏNDİ\MÖVQE

8-10-2021, 11:36           
Göygölün Qırıxlı Kənd İcra Nümayəndəsi xalqı necə aldadır -  İDDİA... YENİLƏNDİMÖVQE
Teref.az-ın poçtuna daxil olmuş şməqaləni təqdim edirik. Məqalə müəllifi yazır:
Göygöl rayon Qırıxlı Kənd İcra Nümayəndəsi Əliyev Elçinin qanunsuz əməlləri...
Çoxsaylı şikayətlər daxil olubdur ki, Göygöl rayon sabiq İcra başcısı Arif Seyidovun adından istifadə edərək Qırıxlı kəndi və digər Göygöl rayonunun ərazisində, torpağ sahələrinin alınmasında, rayon sakinlərini sabiq icra başcısı ilə tanış edərək onlara torpaq sahələri alıb verməsi barədə yalan vəddər vermişdir. İcra Başcısı İşdən kənarlaşandan sonra məlum olubdur ki, Göygöl rayon Qırıxlı Kənd icra nümayəndəsi Əliyev Elçin vətəndaşlara vəzifə səlahiyyətlərindən sui istifadə edərək aldadmışdır. Bununla bağlı hələlik aidiyyəti orqanlar araşdırma aparırlar.
Digər məlumatlara görə adı çəkilən şəxsin, bir neçə şəxslərə torpağ sahələri sataraq, saxta çıxarışlar etmişdir. Araşdırma zamanı məlum olubdur ki, Müəllif Göygöl rayon Qırıxlı kənd İcra Nümayəndəsi, Əliyev Elçin eyni torpağ sahələrinin müxtəlif adamların adına çıxarışlar alıbdır. Bununla bağlı Baş Prokurorluq tərəfindəndə araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə mətbuata açıqlama veriləcəkdir.
Daha sonra məllif yazır, Göygöl rayonunun sabiq icra başcısı Arif Seyidovla işlədiyi zamanlara təsadüf edir ki, bu şəxsin vətəndaşları sabiq icra başcısının adından istifadə edərək, onlara kənd ərazisində və rayonun digər istənilən yerində torpağ sahələri alınıb 10 il müddətinə onlara icarəyə veriləcəkdir. Yalan vədlər nəticəsində külli miqdarda pul mənimsəməsi əldə etdikdən sonra, Göygöl rayon Qırıxlı kənd icra nümayəndəsi Əliyev Elçin pul aldığı vətəndaşlara bir neçə müddətdən sonra bildirib ki, "İcra başcısı Arif Seyidov səhhətinlə əlaqədar olaraq işdən öz ərzəsi ilə kənarlaşıbdır və hal-hazırda onunla əlqə saxlaya bilmirəm."
Bununlada vətəndaşların etibarında sui-istifadə etmişdir. Hələlik bununla bağlı araşdırmamız davam edir.
Dinara Danilova
Teref.az oxucu məktubundakı iddiaları araşdırmaq üçün Göygöl rayon Qırıxlı Kənd İcra Nümayəndəsi Elçin Əliyevlə əlaqə saxlayıb. Elçin müəllimin redaksiyamıza göndərdiyi cavabı nöqtə vergülünə toxunmadan oxuculara təqdim edirik:
Göygöl rayon Qırıqlı kənd İcra Nümayəndəsi Əliyev Elçin.
Salam mən Göygöl rayon Qırıqlı kənd İcra Nümayəndəsi Əliyev Elçin Hüseyn oglu mən 15 ildir Qırıqlı kəndində icra nümayəndəsi işləyirəm. Mənim adımdan torpaq satılıb vətəndaşlara saxta çixarış verib və 10 illik müqavilə ilə icarə müqaviləsi verilməsi və köhnə başçı ilə əlaqədar olamsı haqqında yazılmışdır. Sizə əminliklə deyirəm ki mən Əliyev Elçin vətəndaşlara nə 1 metr torpaq satmamışam nədə saxta çıxarış verməmişəm çünki bu işlər torpaq satmaq,çıxarış vermək mənim səlahiyətlərimdə deyil. İcra müqaviləsi haqqında heç bir məlumatım yoxdur. Rayonun köhnə başçısı ilə mənim heç bir əlaqəm olmayıb və bunların hamısını yazmaqla mənim haqqımda yalan məlumatlar böhtan xarakterli yazılar dərc edilmişdir. Sizə bildirirəm ki, kənd İcra Nümayəndəsi bu yazdıqlarınızdan heç birini etmir və edə bilmir çünki kənd İcra Nümayəndəsinin səlahiyətlərinə aid deyil. Sizdən xahiş edirəm bu yalan məlumatları böhtan xarakterli yazıları qəzetdən və internetdən siləsiniz.
Diqqətinə görə Təşəkkürlər.
Əliyev Elçin Hüseyn oglu.

Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
https://pinupbetaz.info/ . доставки грузов из Китая