GƏNCƏ SAKİNLƏRİ İCRA BAŞÇISINA SƏSLƏNDİ: YOLLARIMIZ… – FOTOLAR

6-10-2021, 17:09           
GƏNCƏ SAKİNLƏRİ İCRA BAŞÇISINA SƏSLƏNDİ: YOLLARIMIZ… – FOTOLAR
Gəncənin Puşkin küçəsində olan acınacaqlı mənzərə indi nə Əfqanıstan, nə Suriyada olar. Şəhərin rəhbəri dəyişsə də, yollarının vəziyyəti dəyişmək bilmir. TİA.Az-a müraciət edən Gəncə sakinləri Puşkin küçəsinin də məhz gözdən uzaq qalan yollardan biri olduğunu deyirlər. Fotolardan da görünür ki, yollar çala-çuxur, gölməçə, dağılmış vəziyyətdədir. Lakin icra başçısı bu yoldan keçmədiyi üçün onun yadına da düşmür. Sakinlər yazırlar ki, Puşkin küçəsi bərbad haldadır, yalnız mərkəzi yolları asfaltlanıb. Sakinlər TİA. Az vasitəsi ilə Gəncə şəhər rəhbərliyindən xahiş edirlər ki, bu bərbad vəziyyətə son qoyulsun, onlar da abad yol görsünlər.























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru