Vüsal Kərimlinin yarım milyonluq test xidməti - TENDER

8-10-2021, 00:08           
Vüsal Kərimlinin yarım milyonluq test xidməti - TENDER
Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC "Azmedicon” MMC ilə staınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 400 586.4 AZN təşkil edən müqavilədə "BakuBus”un sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Azmedicon” MMC 11 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 24 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Ehtiram Tofiq oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi barədə məlumat var. Baxmayaraq ki, şirkət 17 ildir fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru