Rusiya bizi bu qış soyuqdan qıracaq – Dodon

9-10-2021, 08:16           
Rusiya bizi bu qış soyuqdan qıracaq – Dodon
Rusiya qazının yüksək qiyməti səbəbindən bu qış Moldovanı “enerji soyqırımı” gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri Moldovanın sabiq prezidenti İqor Dodon deyib.

O, bundan öncə Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakla şəxsən görüşdüyünü və 2019-cu ildən Moldovaya güzəştli şərtlərlə qaz tədarükü müqaviləsinin uzadılmasını xahiş etdiyini söyləyib.

“Vətəndaşlarımız qışda donmamalıdır”, - deyə Dodon bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Moldova Baş nazirinin müavini Andrey Spinu ölkə üçün 30 sentyabrda başa çatan güzəştli qaz müqaviləsinin bir ay müddətinə uzadıldığını və uzunmüddətli müqavilə ilə bağlı danışıqların hələ də davam etdiyini bildirib. Moldova üçün qazın qiyməti hər 1000 kubmetr üçün 790 dollara yüksəlib. 2021-ci ildə Moldovada qazın orta illik alış qiyməti 200 dollardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.