"BLOOMBERG"-DƏN ŞOK PROQNOZ - Neft 100 dollara qalxa bilər

11-10-2021, 07:47           
"BLOOMBERG"-DƏN ŞOK PROQNOZ -
Neftin bir barelinin qiyməti 2014 -cü ildən bəri ilk dəfə olaraq 100 dollara yüksələ bilər. Bu barədə "Bloomberg" "Bank of America"-nın məlumatlarına istinadən yazır.

Qeyd olunur ki, enerji böhranının dərinləşməsi qiymət artımına təsir göstərə bilər. Eyni zamanda neft bazarındakı artım yanacaq tədarükünün azaldığı fonunda dünya iqtisadiyyatlarının əvvəlki göstəricilərinə qayıtmasına səbəb ola bilər.

Qiymət artımının digər səbəbləri isə anbarlarda yanacaq ehtiyatların tükənməsi, neft yataqlarına qoyulan investisiyaların azalması, və həmçinin, texniki çətinliklər ola bilər. Bu barədə "Sputnik" xəbər verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.