Ukraynadan istənilən AB ölkələrinə 30-40 avroya, AZAL-la isə Bakıdan İstanbula 785 AZN uçmaq olur....
12-10-2021, 16:23
Bu dəqiqələrdə Ukrayna ilə AB Açıq Səma anlaşmasını imzaladılar. Ukraynadan AB ölkələrinə 30-40 avroya uçmaq mümkün olacaq. AB-nin hava məkanında işləyən demək olar, bütün hava yolu kampaniyaları üçün yaşıl işıq yandırdı Kiyev. Zelenski yazır ki, bu günü az qala 10 ildir gözləyirdik. AZAL Bakı-İstanbul 785 AZN Teref.az xəbər verir ki, bunu məşhur araşdırmaçı jurnalist, Prima TV-nin baş redaktoru Aygün Muradxanlı yazır. Daha sonra Aygün xanım yazır ki, 20 min tələbə oxuyur Türkiyədə. Çoxu öz şəhərinə İstanbul üzərindən gedir. Nə tələbəyə güzəşt var, nə dünya qiymətlərinə uyğunlaşdırma. Görməmişliyin, həyasızlığın son həddidir bu. Teref.az olaraq bizdə AZAL-ın və hökumətin məsul şəxslərindən soruşmaq istəyirik: " heç utanırsınız?"