“Access Bank“ Cəlilabadda soyuğunculuq edir - GİLEY

13-10-2021, 17:58           
“Access Bank“ Cəlilabadda soyuğunculuq edir - GİLEY
"Access Bank"-ın Cəlilabad filialında 1 dollar 1,69 manata satılır. Bu barədə məlumatı XezerNews-a müştərilərdən biri məlumat verib.

Müştəri bildirir ki, bu gün səhər bankın Cəlilabad rayon, H.Əliyev prospektində yerləşən filialında ona 1 dolları 1,69 manata satıblar: "Etiraz etdim ki, mərkəzi ofisin kursu belə deyil. Kassada oturan gənc əməkdaş dollar-manat kursunun Bankın mərkəzi ofisində müəyyənləşdirildiyini, filialların da o kursa uyğun fəaliyyət göstərdiklərini bildirdi".

Qeyd edək ki, yerli filiallar və şöbələr mərkəzi ofisin müəyyənləşdirdiyi kurs siyasəti ilə alqı - satqı həyata keçirməlidirlər. Sadə dillə desək "Access Bank"-ın mərkəzi filialında və yaxud da paytaxtda yerləşən şöbələrində qiymət necədirsə, Cəlilabad filialı da o qayda da işləməlidir.

Gəlin "Access Bank"-ın bu günə, yəni 13.10.2021-ci tarixinə olan kursuna baxaq: 1 dollar - 1,6990.
Belə olan halda bankın Cəlilabad filialı niyə 1 dolları 1, 69 manata alır? Yəni hər bir dollarda 1 manat müştərini cibinə girir?

İqtisadçı ekspert Qadir İbrahimli XezerNews-a bildirib ki, yerli şöbə və filiallar yalnız mərkəzi ofisin qoyduğu kursla hərəkət etməlidirlər: " Əks təqdirdə bu bank qanunvericiliyinə ziddir".
Bu barədə Access Bank-ın mərkəzi ofisi ilə əlaqə saxlamaq istədik. Uzun zənglərimizə baxmayaraq cavab verən olmadı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru