Çexiyada elektrik enerjisinə ƏDV ləğv edilə bilər

14-10-2021, 08:29           
Çexiyada elektrik enerjisinə ƏDV ləğv edilə bilər
Çexiya hökuməti gələn həftə elektrik enerjisinə əlavə dəyər vergisinin ləğv edilməsi haqqında qanun layihəsinə baxacaq.

Trend-in məlumatına görə, bunu respublikanın Baş naziri Andrey Babiş jurnalistlərə açıqlamasında deyib.

Bildirilir ki, tədbirə səbəb kimi qiymətlərin kəskin artması göstərilir.

"Hökumətin elektrik enerjisinə ƏDV-nin 21 faizdən sıfıra endirilməsi haqqında qanun layihəsini müzakirə etməsini və parlamentə göndərməsini istəyirəm", - siyasətçi deyib. Babiş vurğulayıb ki, respublika sakinlərinin son vaxtlar elektrik enerjisinin qiymətinin sürətlə artmasından təsirlənməməsi üçün belə bir addımın atılmasının lazım olduğuna əmindir.

Onun sözlərinə əsasən, Çexiya hakimiyyəti ölkədə elektrik enerjisinin qiymətinin artmasını əhaliyə kompensasiya etməli olan bir sıra iqtisadi tədbirlər hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru